İran Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa dəvət edilib.
Sitat.info xəbər verir ki, bu barədə İran parlamentinin rəsmi xəbər agentliyi "Xanə Mellat"ın rəhbəri Mehdi Rəhimi "Əl-Məyadin"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran dəvət alıb və hazırda məsələyə baxılır.
Lakin hələlik dəvət nə İranın Xarici İşlər Nazirliyi, nə də yüksək səviyyəli rəhbərliyi tərəfindən təsdiqlənməyib.