Avropa İttifaqı Ukraynanın hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarlar alması üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqləyib.
Sitat.info xəbər verir ki, AB Komissiyasının açıqlamasına görə, vəsait 2026–2027-ci illərdə Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Dəstək Krediti çərçivəsində veriləcək. Bu məbləğ daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə tədarükünə əlavədir. Həmin vəsaitin 8,35 milyard avroluq hissəsi artıq Ukraynaya təqdim olunub.
AB Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropanın Ukraynaya dəstəyi qətiyyətli və konkret olaraq qalır. O, Rusiyanın hücumlarını intensivləşdirdiyini vurğulayaraq, Ukraynanın təcili ehtiyac duyduğu hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarların alınması üçün yeni maliyyənin təsdiqləndiyini açıqlayıb.
90 milyard avroluq Dəstək Krediti çərçivəsində 2026–2027-ci illərdə Ukraynaya 30 milyard avro büdcə yardımı, 60 milyard avro isə müdafiə dəstəyi göstərilməsi planlaşdırılır.
Nigar,
Sitat.info