Bu gün Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir Tehrana səfər edib.
Sitat.info xəbər verir ki, Asim Munir İranın daxili ilər naziri İskəndər Momeni tərəfindən qarşılanıb.
Məlumata görə, pakistanlı feldmarşalın səfəri çərçivəsində İran rəsmiləri ilə görüşlər və danışıqlar aparması planlaşdırılır.
Munir onunla birlikdə səfərə gələn Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi ilə birlikdə İranın yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli əməkdaşlığın inkişafı, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və bölgədəki son prosesləri müzakirə edəcək.
Nigar,
Sitat.info