Munir Tehrana səfərindən öncə Trampla danışıb

Munir Tehrana səfərindən öncə Trampla danışıb
Dünya 24 Avqust 2026 15:26

Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir Tehrana səfərindən əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat verib.

Məlumata görə, telefon danışığı ötən həftə baş tutub. Ancaq tərəflər arasında müzakirə olunan məsələlərin konkret məzmunu açıqlanmayıb.

Qeyd edək ki, Asim Munir bu gün İran rəsmiləri ilə görüşlər keçirmək və danışıqlar aparmaq üçün Tehrana səfər edib.