Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

17:00 24 Avqust 2026

“Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilirlər. Həmçinin avtobuslara minmə prosesi sürətlənib və gözləmə müddəti azalıb.



Xəbər xətti