ADA Universitetinin Komputer elmləri ixtisasına keçid balı 697 bal oldu.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
“Ona görə ki, RFO qalibləri ixtisasa tam yerləşdiriliblər. 1 yer qalıb, həmin yerə bu balla qəbul olub və avtomatik keçid balına çevrilib”, - deyə qeyd edilib.
Qeyd edək ki, DİM-in məlumatına görə, bu il ümumilikdə 520 abituriyent ADA Universitetinin tələbəsi adını qazanıb. Həmin şəxslər SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi universitetə qəbul olunublar.