Oman sahillərində neft tankeri vuruldu

Oman sahillərində neft tankeri vuruldu
Dünya 25 Avqust 2026 09:52

Oman sahillərində neft tankerinə hücum edilib və o zədələnib.

Sitat.info xəbər verir ki, məlumat Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında yer alıb: "UKMTO Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Neft tankerinin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu, mühərrik otağına ziyan dəydiyini və hərəkətsiz qaldığını bildirib".

UKMTO-nun məlumatına görə, heyət təhlükəsizlikdədir və ətraf mühitə təsir barədə heç bir məlumat yoxdur.
Gəminin adı və əsas limanı da daxil olmaqla əlavə məlumat verilməyib.