Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
Gündəm 25 Avqust 2026 10:03

Paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Sitat.info  xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa şəhərciyinin, Sosial binaların, S.Xudiyev və Ş. Rustavelli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.