Hörmüz boğazında 20 dənizçi və liman işçisi öldürülüb
Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatına görə, ABŞ və İsrailin bu ilin fevralında İrana hücumlarından sonra Hörmüz boğazında 68 insident baş verib.
Sitat.info Əl-Cəzirəyə istinadən xəbər verir ki, bu hadisələr nəticəsində 20 dənizçi və liman işçisi ölüb, 1 nəfər itkin düşüb, 35 nəfər yaralanıb.
IMO bildirir ki, bölgədə orta hesabla hər 2,6 gündən bir insident baş verib. Hadisələrin əksəriyyəti hücum kimi qiymətləndirilib.
Nigar,
Sitat.info