8 yaşlı uşaq sudan "beyin yeyən" virusa yoluxdu

10:44 25 Avqust 2026

ABŞ-nin Luiziana ştatında suda üzdükdən sonra olduqca nadir rast gəlinən Naegleria fowleri infeksiyasına yoluxan 8 yaşlı Lillian Smart vəfat edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Luizianadakı Klaborn gölündə üzərkən mikroorqanizmə yoluxduğu ehtimal edilən Lillian Smart göstərilən bütün tibbi yardımlara baxmayaraq xilas edilə bilməyib. Qızın valideynləri Daniel və Rebecca Smart sosial şəbəkələrdə paylaşdıqları məlumatda onun beynində yaranan ağır zədələnmə səbəbindən həyatını itirdiyini bildiriblər.

 Luiziana qubernatoru Jeff Landry başsağlığı verib. Ştatın Səhiyyə Departamenti isə bu hadisənin 2013-cü ildən bəri qeydə alınan ilk təsdiqlənmiş infeksiya olduğunu açıqlayıb.

Xalq arasında “beyin yeyən amöb” kimi tanınan Naegleria fowleri temperaturu 77°F-dən (25°C) yüksək olan ilıq şirin su göllərində, çaylarda və kanallarda təbii şəkildə yaşayır.

Amöb yalnız suyun burun boşluğundan orqanizmə daxil olması ilə insana yoluxa bilir. Daha sonra beyinə keçərək ilkin amöb meninqoensefaliti adlanan ağır infeksiyaya səbəb olur. Bu xəstəlik isə demək olar ki, həmişə ölümlə nəticələnir.



Xəbər xətti