Bayramov bu xəstəxanaya direktor təyin etdi

Bayramov bu xəstəxanaya direktor təyin etdi
Gündəm 25 Avqust 2026 10:59

Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, T.Mirzəbəyli TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri olub və bir müddət əvvəl müvafiq əmrlə sözgedən vəzifəsindən azad olunmuşdu.