Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb əsrlərdir Rusiyanın sərhədləri boyunca yeni gərginlik ocaqları yaratmağa çalışır.
Sitat.info xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərbin əsas taktikasından biri Rusiya ilə tarixi əlaqələri olan ölkələri Moskva ilə qarşıdurmaya cəlb etməkdir.
O, 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada baş verən hadisələrlə Ukrayna müharibəsi və Qərblə hazırkı qarşıdurma arasında paralellər olduğunu qeyd edib.
Medvedev həmçinin Abxaziya və Cənubi Osetiya xalqlarının öz müqəddəratını təyin etmək hüququnu vurğulayıb.