Xocavəndə daha 43 ailə yola salındı

12:40 25 Avqust 2026

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailədən (191 nəfər) ibarət növbəti köç karvanları yola salınıb.

Sitat.info  xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 19 (88 nəfər), Qırmızı Bazar qəsəbəsinə 11 (42 nəfər), Quzeyxırman kəndinə isə 13 ailənin (61 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



Xəbər xətti