Zelenski Ərdoğana təşəkkür etdi: “Türkiyənin dəstəyi münasibətlərimizin təməlidir”

13:03 25 Avqust 2026

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran dünya liderlərinə təşəkkür edib.

Sitat.info xəbər verir ki, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür edərək, Ankaranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini, eləcə də sülh səylərindəki rolunu vurğulayıb.

O bildirib ki, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə “güclü bağlılığı” iki ölkə arasında görünməmiş dərəcədə güclü münasibətlərin əsasını təşkil edir.

Zelenski həmçinin Ərdoğanın Rusiyanın əsirliyində olan ukraynalıların evlərinə qayıtmasına şəxsi töhfəsini və Türkiyənin sülhə nail olmaq istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Aytac,

Sitat.info



Xəbər xətti