Hava limanında yer xidmətləri əməkdaşını təyyarə vurub

09:53 26 Avqust 2026

Kanadanın Monreal şəhərindəki hava limanında Parisə uçmağa hazırlaşan French Bee aviaşirkətinin təyyarəsi geri itələnərkən (pushback) 39 yaşlı yer xidmətləri əməkdaşı Oscar Robayo təyyarənin altında qalıb. Ağır yaralanan əməkdaş xəstəxanada vəfat edib.

Sitat.info xəbər verir ki, hadisəni təyyarənin kamera ekranından görən sərnişin zərbə hiss etdiklərini və bir sərnişinin qışqırdığını bildirib. Qəzanın dəqiq səbəbi hələ məlum deyil.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası və digər qurumlar hadisə ilə bağlı araşdırma başladıb.

Aytac,

Sitat.info 



Xəbər xətti