İrandan Hörmüz boğazı ilə bağlı kritik qərar: Cənub dəhlizi bağlandı

10:04 26 Avqust 2026

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi İran və Oman arasında Hörmüz boğazında dəniz daşımaları üçün razılaşdırılan yeni marşrutun detallarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Qəribabadinin sözlərinə görə, ortaq dəhlizin eni müvəqqəti olaraq 7 mil olacaq, cənub marşrutu isə bağlanıb. Gəmilərin keçidi İranın müəyyən etdiyi qaydalar əsasında həyata keçiriləcək.

O, Hörmüz boğazının hələ də bağlı olduğunu və İranın boğaz üzərində tam nəzarətə malik olduğunu bildirib. Qəribabadi həmçinin qeyd edib ki, boğazın açılması üçün ABŞ müharibənin dayandırılması, blokadanın aradan qaldırılması və Yəmən məsələsinin həlli ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

İran rəsmisi ABŞ-ın mina təmizləmə planlarına da xəbərdarlıq edib və ABŞ mina axtaran gəmilərinin bölgəyə daxil olacağı təqdirdə hədəf olacağını deyib.

Aytac,

Sitat.info



Xəbər xətti