Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı milyarder İlon Maskı təltif edib.
Sitat.info xəbər verir ki, bu barədə Zelenskinin imzaladığı fərmanda qeyd olunub:
“İnsan həyatının və azadlığının qorunmasında, eləcə də Ukrayna ilə ABŞ xalqları arasında münasibətlərin inkişaf etdirilməsində görkəmli şəxsi xidmətlərinə görə sahibkar, mühəndis və ABŞ-ın “SpeysX və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask Azadlıq Ordeni ilə təltif edilsin”.