Gürcüstanla sərhəddə 386 maşın növbə gözləyir – Rəsmi

Gürcüstanla sərhəddə 386 maşın növbə gözləyir – Rəsmi
Gündəm 26 Avqust 2026 13:27

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.