Bu gün ABŞ-nin maliyyə naziri Skot Bessent bəhreynli həmkarı Şeyx Salman bin Xəlifə Əl-Xəlifə ilə İrana qarşı iqtisadi təzyiq tədbirlərini müzakirə edib.
Sitat.info xəbər verir ki, bununla bağlı, ABŞ Maliyyə Nazirliyi “X” hesabında məlumat yayıb.
Bessent İranın iqtisadi təcridinə yönəlmiş tədbirlərin müzakirə edildiyini bildirib. O, Tehranın Hörmüz boğazından istifadə etməklə qlobal iqtisadiyyata təzyiq göstərməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.
ABŞ maliyyə nazirinin sözlərinə görə, İran iqtisadiyyatının əsas sektorlarına maliyyə basqısı davam etdirilməli və Tehranla iqtisadi əlaqələrini qoruyan tərəflərə qarşı sanksiyalar tətbiq olunmalıdır.
Tərəflər, habelə, qanunsuz maliyyə axınlarına qarşı mübarizə sahəsində Körfəz Əməkdaşlıq Şurası ilə birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Aytac,
Sitat.info