"Mançester Siti" onu 100 milyona transfer etdi

\"Mançester Siti\" onu 100 milyona transfer etdi
Gündəm 26 Avqust 2026 18:40
İngiltərənin "Mançester Siti” komandası Mərakeş millisinin futbolçusu Ayub Buaddini heyətinə qatıb.
 
Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Mərkəz yarımmüdafiəçisi "şəhərlilər”ə Fransanın "Lill” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayınad qədər müqavilə imzalanıb.
 
"Lill” 19 yaşlı yetirməsinin satışından, bonuslar da daxil olmaqla, 100 milyon avro qazanacaq.
 
Qeyd edək ki, Ayub Buaddi "Lill”in yetirməsidir. O, Liqa 1 təmsilçisinin əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə edib.
 
O, Mərakeş millisində 8 oyun keçirib ki, bunların 5-i dünya çempionatına təsadüf edib.
 
///unikal.az///