“Qarabağ”ın legioneri Medinanın komanda yoldaşı olacaq

20:30 26 Avqust 2026

“Qarabağ” daha bir legioneri ilə vidalaşmağa yaxındır.

Sitat.info Futbolinfo.az-a istinadla xəbər verir ki, Dani Bolt Ağdam klubundan ayrılmağa qərar verib.

27 yaşlı futbolçu Malayziyanın “Johor” klubu ilə anlaşıb. “Qarabağ”ın Boltla vidanı tezliklə açıqlaması gözlənilir.

Xatırladaq ki, Bolt 2025-ci ilin yayında qoşulduğu “Qarabağ”da 42 oyuna 1 qol və 3 assist müəllifi olub.

Dani Bolt yeni klubunda keçmiş komanda yoldaşı Kevin Medina ilə birgə çıxış edəcək. O da bu il Ağdam klubundan “Johor”a keçmişdi. Malayziya klubunda Azərbaycan yığmasının sabiq üzvü Eddi İsrafilov da forma geyinir.




Xəbər xətti