Sahibə Qafarova Serbiyaya səfər edəcək

Sahibə Qafarova Serbiyaya səfər edəcək
Gündəm 26 Avqust 2026 20:50

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək.


Sitat.info "report.az”a istinadla xəbər verir ki, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək konfransında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, toplantı 1961-ci il sentyabrın 1-də Serbiyanın paytaxtında keçirilmiş Qoşulmama Hərəkatının ilk Konfransının 65-ci ildönümünə həsr olunacaq.