“Qarabağ” heyətinə yeni futbolçu qatıb.
Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kiprin APOEL klubundan Dieqo Roşa heyətə cəlb olunubFutbolçu artıq Bakıdadır. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq.
Qeyd edək ki, Dieqo Roşa 2019-cu ildə Braziliya U-17 millisi ilə dünya çempionu olub. O, turnirdə 5 qol vurub.
//