Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb

19:50 27 Avqust 2026

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib.
 
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Belə ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.
 
Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti