Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilməli olan "Qarabağ” – "Tvente” matçının başlama saatı dəyişib.
Sitat.info xəbər verir ki, buna səbəb Bakıda əlverişsiz hava şəraitinin mövcud olmasıdır.
Məlumata görə, məhz bu səbəbdən qarşılaşmanın startı 15 dəqiqə gecikəcək və oyun saat 20:15-də başlayacaq.