Bakıda iti pəncərədən atan şəxsə 25 sutka verildi

Bakıda iti pəncərədən atan şəxsə 25 sutka verildi
HADİSƏ 05 Oktyabr 2026 18:20

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb.

Sitat.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub.

Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.