Rusiya ÜST-ün sorğusuna rəsmi cavab verməyib

Rusiya ÜST-ün sorğusuna rəsmi cavab verməyib
Dünya 06 Oktyabr 2026 16:18
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya hakimiyyəti İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə Tədqiqat İnstitutunun naməlum xəstəlikdən ölən əməkdaşı ilə əlaqədə olan bütün şəxsləri müəyyən edib. ÜST həmçinin Rusiyadan hadisə ilə bağlı əlavə məlumat istəyib.

Sitat.info xəbər verir ki, bu  barədə ÜST-ün sözçüsü Kristian Lindmeyer məlumat yayıb. 

"Mövcud məlumata görə, xəstə ilə təmasda olan bütün şəxslər müəyyən edilib və tibbi müşahidə altındadır. Hazırda onların heç birində xəstəliyin simptomları müşahidə edilməyib", - sözçü qeyd edib. 

Onun sözlərinə görə, Rusiya hakimiyyəti tədqiqat institutu işçisinin ölümünə pnevmonik taunun səbəb olub-olmadığını müəyyən edir, lakin hələlik ÜST-ün sorğusuna rəsmi cavab verməyib.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nin Rusiyaya kömək etməyə hazır olduğunu bildirərək, İrkutskdakı fövqəladə vəziyyəti böyük problem adlandırmışdı.