Sarvan Cəfərova vəzifə verildi 

Sarvan Cəfərova vəzifə verildi 
Gündəm 26 Noyabr 2026 17:20

Kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.

Sitat.info "Unikal"a istinadən xəbər verir ki, S.Cəfərov Prezident Administrasiyasında kənd təsərrüfatı üzrə məsul vəzifəyə - şöbə müdiri təyin olunub.

Qeyd edək ki, o, 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. Bu ilin yanvarında isə nazir müavini vəzifəindən azad olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri təyin edilmişdi.