Erməni mətbuatı artıq mövcud münaqişəni Azərbaycan-Ermənistan münaqişəsi kimi yox, dünyaya Azərbaycan -Qarabağ münaqişəsi kimi təqdim etməyə çalışır. Qondarma terrorçu quldurların yaratdığı və başında Araik Artunyanın durduğu "artsax" rejmini Artsax Respublikası kimi təqdim edən ermənilər Azərbaycanın artıq Ermənistanla deyil, Qarabağla savaş apardığınə və "arsax"ın torpaqlarını işğal etməyə çalışdığını yayırlar.
Belə ki, erməniləiun news.am saytında Araik Artunyanın Fransaya səfəri ilə bağlı yazılan xəbərlərdə də qeyd olunur ki, bu cinayətkar keçirdiyi görüşlərdə "Azərbaycan-Qarabağ" münaqişəsinin taleyini müzakirə edib.
Qeyd edək ki, məsələnin bu cür qoyulması Qarabağdakı qondarma qurumun müstəqilliyinin tanınması üçün beynəlxalq ictimaiyyətdən Azərbaycana təzyiqləri artırmaq məqsədi güdür. Ancaq 2 il öncə Ermənistan bütün çırpınışları ilə heç nə edə bilmədiyi kimi və aldadıldığını qəbu etdiyi kimi, bu dəfə də eyni aqibəti yaşayacaq.
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Ermənistan məsələnin bu cür qoyulmasına müharibədən öncə də cəhd edirdi: "Müharibədən əvvəl də Ermənistan çalışırdı ki, müharibənin Azərbaycanla Qarabağ arasında getdiyini gündəmdə saxlasın. Ancaq alınmadı və müharibə Azərbaycanla Ermənistan arasında getdi. Bütün dünya da bilirdi ki, Qarabağdakı separatçılar Azərbaycan ərazilərini işğal edə bilməzdi, Ermənistanın qoşunları Azərbaycan ərazisində idi. Bunu ikinci Qarabağ müharibəsi sübut etdi. Müharibədən sonra Paşinyan hakimiyyəti yaxasını kənara çəkib, Qarabağ yükünü daşıya bilmir və Azərbaycanla başqa mövzuları müzakirə edir. Bunlar sərhəd məsələsi, dəhliz, sülh sazişi və sairdir. Biz özümüz də hansısa dövlətin daxili işlərimizə qarışmasını istəmirik. Ancaq tələbimiz odur ki, yerdə qalan hərbi qüvvələrini də Ermənistan Qarabağdan çıxartsın".
Qarabağa gəldikcə isə, politoloq bildirdi ki, buradakı məsələlər Rusiya sülhməramlıları ilə aydınlaşdırılmalıdır: " Əsas tələb 3 ildən sonra Rusiya hərbi kontingentinin bölgəni tərk etməsidir. Ermənistan artıq bu yükü daşıya bilmir. Bir neçə gün öncə dəhlizdə bəzi məsələlər baş verdi və Ermənistan hökuməti heç buna reaksiya da vermədi. Bu da onu göstərir ki, Paşinyan artıq bu məsələni Rusiyaya yükləyib".
Nərgiz,
Sitat.info