Bu qış o qış deyil... Ukraynadakı müharibənin taleyi necə olacaq?

18:02 10 Yanvar 2023

 2023-cü ilə qədəm qoymağımızla yanaşı qış mövsümünün ikinci ayınada keçdik . Bəs hava şəraitinin dünyanın diqqət mərkəzində olan Rusiya- Ukrayna müharibəsinə hər hansısa bir təsiri olacaqmı?

Sitat.info-ya açıqlamasında bu sözləri AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli şərh edib.

Onun sözlərinə görə , tarix kitabları havanın müharibəyə, döyüşçülərə və texnikalara təsirləri haqda faktlarla doludur: "Həqiqətən, yaxın tarixə nəzər yetirsək bunun ən bariz nümünəsi kimi Napoleonun və Alman füreri Hitlerin sərt rus qışı qarşısında aciz qalmalarını görərik . İkinci dünya müharibəsi zamanı kəskin yağışlar yolları keçilməz etmişdi, topların və texnikanın hərəkəti çətinləşmişdi, öz dövrünə görə müasir alman  texnikası və silahları isə sıradan çıxmişdı .  Bu məqamda anonim bir Fransız hərbi rəsmisinin “New York Times”-a verdiyi müsahibə yadıma düşür , ondan “niyə müttəfiq qüvvələrin almanları bir dəfəyə əzmədikləri” soruşulduqda, o “bütün savaşanların əmr aldığı bir general var –o da general Palçıqdır” deyə cavab vermişdi .

Bəs tarix yenədə təkrarlanacaqmı ? Ukrayna ordusu soyuq qış aylarında təslim olacaqmı? Hesab edirəm ki , bu qış o qış deyil ... İlk növbədə artıq anlamaq lazımdır ki, 21-ci əsrin müharibələri artıq quru döyüşlərdən daha çox hava məkanında aparılır . Tanklardan istifadə, fərdi döyüşlər artıq müasir dövrün müharibələrinin 20%-nı təşkil etməkdədir".

K.Məmmədli vurğuladı ki, İkinci Qarabağ müharibəsi bunun bütün dünya üçün əyani sübutu oldu: "Müasir dronlar, Bayraktarlar müharibənin əsas simvollarına çevrildi.  Fikrimcə 2023-cü il üçün ən kritik dönəm qış yox, yaz fəsli olacaq. Putin özüdə bu yaxınlarda etiraf etdi ki, səfərbər olunanların təxminən 50.000-i artıq cəbhədədir, qalan 250 min nəfər isə 2023-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlanır. Rus ordusu ard-arda aldığı məğlubiyyətlərdən sonra qış aylarında fasilə verərək mövqelərini qorumağı düşünür. Hazırda rus ordusunun qış aylarında kəskin şəkildə hücuma keçməsi reallıqdan çox uzaq görünür. Hələ payızda dəfələrlə rus rəsmilərinin Ukraynanı danışıqlar masasına oturmağa dəvət etməsidə buna işarə edən amillərdən idi".

Siyasi şərhçinin fikrincə, qış aylarında Rusiya öz mövqelərinə qorumaqla yanaşı Ukrayna enerji infrastrukturlarını hədəfə almaqda davam edəcək: "Çünki bu onsuz da yorğun və zəifləmiş Ukrayna əhalisinin dözümünü qırmaq ,onlara psixoloji təsir etmək üçün hesablanıb. Rusiyanın hazırda planı həm Ukraynanı, həmdə Avropanı enerji böhranına salaraq danışıqlar masasına qayıtmaqları üçün zəmin yaratmaqdır . Ancaq indiki məqamda ukraynalılar olduqca möhkəm görünürlər. Potensial sülh sazişi hər iki tərəfin müəyyən güzəştlərə getməsi və yaxud ən azı bir tərəfin əsas tələblərindən vaz keçməsi ilə mümkündür . İndiki mərhələdə bunun baş verməsi olduqca çətin görsənir ".

Ekspert vurğuladı ki,  müharibənin həm maddi, həm də insani tələfi Rusiya siyasi elitasını parçalayacaq  və müharibəyə dəstəyini azaldacaq: "ABŞ üçün Vyetnam, Sovet İttifaqı üçün Əfqanıstan müharibələridə belə sonlanmışdı. Hər iki halda daxili siyasi şərait elə dəyişdi ki, bu da münaqişənin sonunu özləri üçün daha az məqbul variantı qəbul etməklə yekünlaşmışdı. Hələlik bu, yalnız ABŞ və müttəfiqlərinin Ukraynanın arxasında axıra qədər möhkəm qalması ilə baş verə bilər. ABŞ və müttəfiqləri Ukraynaya tam dəstəyini davam etdirərlərsə , hesab edirəm ki sonunda Rusiya tam məbluğ olmamaqdan ötəri müəyyən güzəştlərə razı olacaq . Ancaq hazırda bunun baş verməsinə çox var . Bizləri qarşıda uzun müddətli siyasi,iqtisadi və hərbi savaş gözləyir . 2023-cü il , çox təəssüf ki bu müharibənin bitiş ili olmayacaq". 

Məğrur,

Sitat.info



Xəbər xətti