James Webb Kosmik Teleskopu vasitəsilə Yerdən təxminən 500 işıq ili uzaqlıqda həyat üçün vacib elementləri ehtiva edən molekulyar bulud kəşf edilib.
Sitat.info xəbər verir ki, NASA-nın açıqlamasında, James Webb Teleskopunun proqramında Buz Dövrü Layihəsi çərçivəsində araşdırmaların aparıldığı bildirilib.
Bildirilib ki, mütəxəssislər Ceyms Uebb teleskopu ilə Yer kürəsindən təxminən 500 işıq ili uzaqlıqda, mənfi 263 dərəcədə yerləşən "Xamaeleon I" adlı molekulyar buludun sıx və çətin bölgəsini araşdırıblar.
Molekulyar buludda həyat üçün bir neçə vacib element aşkar edilmişdir
Tədqiq olunan molekulyar buludların indiyə qədər ölçülən ən dərin və ən soyuq buz olduğuna diqqət çəkilib.
Araşdırmada molekulyar buluddakı buzda yaşayış mühiti üçün lazım olan karbon, hidrogen, oksigen, azot və kükürd kimi bir neçə əsas elementin təsbit edildiyi və James Webb Teleskopu ilə aparılan müşahidənin çox böyük kritik tapıntı ola biləcəyi qeyd edildi.
Leiden Rəsədxanasının eksperti Melissa McClure bildirib ki, "Bu müşahidələr həyatın tikinti bloklarını yaratmaq üçün zəruri olan sadə və mürəkkəb molekulların meydana gəlməsinə yeni pəncərə açır".
Araşdırmanın nəticələri Nature Astronomy jurnalında dərc olunub.
Seymur Bənnayev
Sitat.info