Ermənistana bu dəfə Yunanıstan silahları gəldi: Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?

13:49 28 Noyabr 2024

"Yunanıstan Fransanın təlimati ilə Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini verir. Əvəzində Fransa Yunanıstana "Rafael" qırıcıları və digər havadan müdafiə sistemləri verəcək. Qeyd edim ki, Yunanıstan bu silahları Ukraynaya vermək əvəzinə, Ermənistana göndərir. Halbuki ABŞ Türkiyədən S400 HHM Ukraynaya verməyi təklif etmişdi. Mövzu Ermənistan olduqda, susqunluq nümayiş etdirirlər və Ukrayna yada düşmür".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Yunanıstanın Ermənistana silahlar verməsi, sülh prosesinə mane olmaq və Türkiyə ilə əlaqələrin normallaşmasının qarşısını almaqdır: "Ermənistana verilən havadan müdafiə sistemləri heç də Azərbaycana qarşı təhlükə yaratmayacaq. Fransa var qüvvəsi ilə Azərbaycana yenə problemlər açmağa çalışır. Baxmayaraq ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamağa can atır".

Politoloq hesab edir ki, Ermənistan HHM-ləri Ukraynaya göndərə bilər: "Yunanıstan və Fransa bu silahlari göndərməklə, N. Paşinyanı sülh gündəliyini bağlamağa sövq edirlər. Demək olar ki, N. Paşinyan Rusiya silahlarından imtina edir. Yunanıstandan göndərilən havadan müdafiə sistemlərini Ermənistan Ukraynaya göndərə bilər".

Məğrur,

Sitat.info



Xəbər xətti