5 gün sonra yaşanan möcüzələr: Uşaqların uçqun altından xilas edən fərq nədir...

14:18 10 Fevral 2023

72 saat zəlzələdən sonra xilasetmə üçün kritik və  əhəmiyyətli zaman kəsimi olaraq bilinir. Mütəxəssislər bu müddət başa çatdıqdan sonra dağıntılar altında qalanları sağ tapmaq şansının sürətlə azaldığını desələr də, Türkiyədə güdclü zəlzələnin yaşandığı bölgələrdən hələ də sevindirici xəbərlər gəlməkdə davam edir.

5-ci gündə dağıntılar altından sağ çıxanlar var. Bəs necə? Zəlzələdən sağ çıxanlar dağıntılar altında necə bu qədər sağ qala bilərlər? Fəlakət bölgəsi və dağıntılar altından çıxarılanlarla bağlı nələrə diqqət edilməlidir?

Türkiyəli professor Haldun Akoğlu ilk növbədə onu bildirib ki, mütəxəssislər gəlmədən vətəndaşların dağıntılara müdaxilə etməsi yolverilməzdir: "Təəssüf ki, bir Sakarya zəlzələsi qurbanı olaraq vətəndaşlarımızın dağıntılara müdaxilə etmək istəyini hiss edirəm. Ancaq rəsmilərin razılığı, rəhbərliyi və dəstəyi olmadan müdaxilə etmək, dağıntıların içinə girmək və müxtəlif üsullarla dağıntıdan çıxarmaq doğru deyil. Çıxartmağa çalışdıqları xəstələrin zədələri daha da pisləşə bilər, başqa yerdə uçqun altında olan insanı daha çətin vəziyyətdə qoya bilərlər, daha da pisi, özlərini uçqun altında qala bilərlər". 

“Travma nəticəsində yaranan ağır və ölümcül xəsarətlər tibbi müdaxilə edilmədikdə, (hətta əksər hallarda müdaxilə olunarsa) ilk 3-4 saatda insan itkisinə səbəb olur.

 Bu müddətdən sonra dağıntılar altından sağ çıxan şəxs nisbətən ciddi xəsarət almamış olsa belə, ciddi ortopedik və nevroloji zədələri ola bilər. Müəyyən müddət ərzində dağıntlı  altında qalıbsa, əzələ əzilməsi sindromu ehtimalı da var. Uçqun altında qalan bütün yaralıların əzilmiş əzələlərində ağrı və şişkinlik kimi əlamətlər və qırmızı sidik varsa, onları dərhal və ya ilk fürsətdə müayinə etdirməyin böyük faydası var.

Bəzi mənbələrdə “su verməyin” kimi tövsiyələr görürəm. Su içməyə mane olan ürək çatışmazlığı kimi bir xəstəliyi olmayan, əzələ əzilməsi ehtimalı olan bütün yaralılara bol su verilməli və ilk fürsətdə həkimə müraciət edilməlidir.

Daimi istifadə etdiyi dərmanları dağıntılar altında qalan təzyiq, şəkər, qalxanabənzər vəz kimi xroniki xəstəlikləri olan bütün xəstələrin bölgədə fəaliyyətə başlayan apteklərdən öz dərmanlarını pulsuz əldə edə bildiklərini xatırladan mütəxəssis müalicənin vacibliyini vurğulayıb.

Dr. Haldun Akoğlu vurğulayıb ki, xüsusən hava soyuq olduğundan hipotermiyanın qarşısını almaq üçün isti və quru qalmaq vacibdir. İstilik məqsədilə çadırlarda yandırılan istilik  cihazlara qarşı son dərəcə diqqətli olmaq lazımdır. Təəssüf ki, çadır şəhəri yanğınları, tüstüdən zəhərlənmələr əvvəlki fəlakətlərdə də başımıza gələn ikinci dərəcəli fəlakətlər idi. Heyvan və insan nəcisinin içməli suya qarışması nəticəsində yarana biləcək epidemiya riski səbəbiylə çöldən gətirilən qapalı sudan başqa su içilməməsinə  diqqət edilməlidir. Konservləşdirilmiş, tez xarab olmayan qapalı qidalar və ya təzə bişmiş qidalar soyuqda olsa belə, yeməkxana kimi qurulan yerlərdə yeyilməlidir.

 2010-cu ildə Haitidə baş verən zəlzələdən 12 gün sonra  sağ çıxan şəxsin olduğunu bildirən Prof. Dr. Haldun Akoğlu, deyib ki, 2013-cü ildə Banqladeşdə baş verən zəlzələdə bu müddət 17 gün idi. Buna təsir edən ən əhəmiyyətli faktorlar “həyat üçbucağı” deyilən sığınacaqda əzilmədən sıxışıb qalmaq, ciddi zədə almamaq, təmiz hava girişi və çıxışının olması, uçqun altında içməli su  tapa bilməkdir. 
 Müalicələrə görə, insan susuz maksimum 3 gündən 7 günə qədər yaşaya bilər. Sıxılmış ərazinin temperaturunun yüksəlməsi su itkisini artırır, hava axınının olmaması səbəbindən yığılan karbon qazı isə həyat ehtimalını azaldır. Sadə riyaziyyatla 10 minlərlə insanın dağıntı altında qaldığı belə bir fəlakətdə "mindəbir" olur.  Biz müxtəlif imkanların bir araya gəldiyi nadir, lakin çox xoşagələn xilas anlarının şahidi oluruq”.

Uşaqların daha çox xilas edilməsinin şahidi olduğumuzu deyən professor vurğulayıb ki, uşaqlar daha az yer tutduqları üçün həyat üçbucaqlarına daha çox sığırlar və ciddi zədə almırlar. Ortopedik travmalara qarşı da nisbətən yüksək müqavimət göstərirlər. Amma burada yaş önəmlidir. Təəssüf ki, xüsusilə 5 yaşdan aşağı uşaqlarda bu şərtlər əks təsirə səbəb olur”.   

Nərgiz,

Sitat.info



Xəbər xətti