Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 7,953 milyard dollar artıb.
Sitat.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 2,14 milyard dollar artaraq, 23 milyard dollar təşkil edib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisinin sərvəti 1,35 milyard dollar artaraq, 25,3 milyard dollara yüksəlib.
“Lukoyl”un təsisçisi Vahid Ələkbərov 838 milyon dollar varlanaraq, sərvətini 25,5 milyard dollara çatdırıb.
Təbii qaz istehsalçısı “Novatek”in səhmdarı Gennadi Timçenko isə itkiyə məruz qalıb. Onun sərvəti 248 milyon dollar azalaraq 13,9 milyard dollara düşüb”, - məlumatda deyilir.