"Qəbələ" yarımfinalda

18:43 9 Fevral 2024

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.

Sitat.info xəbər verir ki, 1/4 final mərhələsinin keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Bununla Qəbələ təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Daha öncə "Zirə" və "Qarabağ" yarımfinala vəsiqə əldə edib.



Xəbər xətti