Püşkatmada "Qarabağ" üçün ən arzuolunan komanda "Slaviya"dır" - Mehman Süleymanov

14:41 23 Fevral 2024

Püşkatma olacaq və artıq potensial rəqiblər də məlumdur. Qrup qalibləri 1/8 finala çıxan komandaları gözləyir. Sevindirici haldır ki, onlardan biri də "Qarabağ"dır"

Bu sözləri Sitat.info-ya açıqlamasında futbol şərhçisi Mehman Süleymanov deyib.
M.Süleymanov 8 komandanın arasında "Slaviya"nın "Qarabağ" üçün ən arzuolunan rəqib olduğunu bildirib: 

"Siyahıya baxdıqda daha güclü komandaların olduğunu görə bilərik. Burada İngiltərə Premyer Liqa təmsilçiləri, İtaliya A Seriyası komandası və digərləri var. 

Biz "Bayer"lə yenidən qarşılaşa bilərik. Ən arzuolunmaz rəqib də elə "Bayer"dir. Çünki onu turnirin bir nömrəli favoriti hesab edirəm. 

Britaniyalılarla da bizim oyunlarımız demək olar ki, alınmır. Ona görə də bizim üçün çox çətin olacaq. Bu sırada təbii ki, "Liverpul"u xüsusilə qeyd edə bilərik. 

Ən arzuolunan rəqib "Slaviya"dır. Bizim Çexiya ilə oyunlarımızda acı nümunələrimiz olsa da, 8 potensial rəqibə baxdıqda ən arzuolunanı budur".

Seymur,

Sitat.info

 



Xəbər xətti