"Sabah" qalib gəldi, "Neftçi"nin oyununda 6 qol vuruldu

19:49 9 Mart 2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun iki oyunu keçirilib.

Sitat.info xəbər verir ki, "Sabah" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1.

Günün digər matçında isə "Neftçi" "Kəpəz"in qonağı olub və qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Xallarının sayını 37-ə çatdıran "Sabah" "Neftçi" və "Səbail"lə birlikdə 3-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.



Xəbər xətti