Bu komandalara texniki məğlubiyyət verildi

13:07 29 May 2024

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.

AFFA U-14 Liqasında “Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə "Masallı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin birinciliyinin V turunun “Ərkivan” – “Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.



Xəbər xətti