Azərbaycanın futbol üzrə I Liqa klubu "Mingəçevir" adını dəyişdirir.
Sitat.info Prosport.Az-a istinadən xəbər verir ki, klub növbəti mövsümdən əvvəlki adına qovuşmaq istəyir.
Bu səbəbdən də "Mingəçevir" klubu yeni mövsümdən "Kür-Nur" adı ilə çıxış edəcək. Artıq bunun üçün iyun ayından sənədləşmə işlərinə başlanılacaq.
Qeyd edək ki, klubun yeni loqosunda yarandığı il kimi daha 2022-ci il yox, 1966-cı il göstəriləcək. Həmin il Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" klubu fəaliyyət göstərib və 2 dəfə SSRİ Kubokunda mübarizə aparıb. Məhz "Mingəçevir"dən öncə I Liqada mübarizə aparmış "Energetik" klubu da loqosunda bu ildən yararlandığını qeyd etmişdi.