"Qızıl top" mükafatının verilmə tarixi açıqlandı

14:20 7 İyun 2024

"Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib.

Sitat.info xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano paylaşım edib.

Onun sözlərinə görə, 2023/24 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.



Xəbər xətti