"Kəpəz" 2 legionerlə yollarını ayırdı

19:30 15 İyun 2024

"Kəpəz" klubu 2 futbolçu ilə yollarını ayırıb.

Gəncə təmsilçisinin mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib.

Hər iki legioner komandanı tərk edib.

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.



Xəbər xətti