Naxçıvanda 487 nəfər SAXLANDI

19:27 12 İyul 2024

Naxçıvan Muxtar Respublikasında bu il borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Naxçıvanda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2024-cü ilin 6 ayı ərzində axtarışda olduğuna görə ümumilikdə 506, o cümlədən borclu şəxs qismində axtarışda olan 487 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbər xətti