Sərkisyanın kürəkəninə CİNAYƏT İŞİ AÇILDI

12:19 13 Avqust 2024

Ermənistan Baş Prokurorluğu böyük cinayətlər silsiləsinin üstünü açıb. 

Sitat.info xəbər verir ki, korrupsiya, rüşvətxorluq, vergidən yayınma, çirkli pulların yuyulması və mənimsəmə faktları ilə bağlı eks-prezident Serj Sarkisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın 76 epizod üzrə ittiham edilir.

Qeyd edilib ki o, dövlətə 350 milyon dollar dəyərində ziyan vurub. Ümumilikdə işdə 13 nəfər ittiham edilir. Onlardan üçü artıq saxlanılıb./ Musavat.com



Xəbər xətti