Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ

22:28 13 Avqust 2024

Bakıda arvadı 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanı qətlə yetirən 43 yaşlı Qədir Qasımovun məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə keçən ilin noyabrın 2-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Qədir Qasımovun məhkəmədə ifadəsində bildirib ki, Zülfiyyə ilə 16 il evli olublar. Qətlə səbəb isə həyat yoldaşının telefon işlətməsi olub:

"Hadisədən 2-3 ay əvvəl Xocasəndə Zülfiyyənin avtobusdan düşüb telefonla danışdığını gördüm. Onun heç vaxt telefonu olmamışdı. Anasıgilə gedəndən telefon işlədirdi. Sonra yenə telefon işlətdiyini gördüm, istədim, vermədi. Qaçıb telefonu anasına verdi. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini gördüm. Yenə telefonu vermədi. Bir dəfə həyat yoldaşımın qohumlarına Zülfiyyənin ondan gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim. Sonuncu dəfə də Zülfiyyənin restoranda işləməsi məni lap dəli etdi. Bundan sonra bıçaqla onu qətlə yetirdim".

Qeyd edək ki, Qədir Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.//Qafqazinfo



Xəbər xətti