AFFA rəsmisi UEFA-dan təyinat alıb

18:09 10 Oktyabr 2024

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

Mehdiyeva Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Xəbər xətti