Roma Papasının cənazəsi Müqəddəs Pyotr Kilsəsinə gətirildi

13:26 23 Aprel 2025

Roma Papası Fransiskin cənazəsi aprelin 21-də vəfat etdiyi şəxsi iqamətgahı Müqəddəs Marfa evindən Müqəddəs Pyotr Bazilikasına gətirilib və yaxın zamanda ictimai vida mərasimi başlayacaq.

Sitat.info xəbər verir ki, bu barədə TASS agentliyi xəbər yayıb.

Vida mərasiminə rəhbərlik edən Müqəddəs Roma Kilsəsinin kamerlenqosu kardinal Kevin Farrell cənazənin daşınmasından əvvəl ölülər üçün dua edib və artıq kilsədə liturgiya ayini icra olunur. Mərasimə kardinallar, arxiyepiskoplar, yepiskoplar və digər kilsə nümayəndələri qatılıblar.



Xəbər xətti