“Azeri Light” bu gün neçəyə satılır?

09:16 24 Aprel 2025

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.36 ABŞ dolları və ya 3.40% azalaraq 67,63 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 69,99 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.



Xəbər xətti