Əvəz Zeynallı yenidən komissiyadan keçiriləcək - Yenilənib

16:03 24 Aprel 2025

Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçiriləcək. Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib. 

Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim komissiya keçirilənə qədər prosesin təxirə salındığını elan edib. 

Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb.

Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 



Xəbər xətti