Dünənki zəlzələdə Özbəkistan vətəndaşı ölüb

19:13 24 Aprel 2025

İstanbulda baş verən zəlzələ zamanı Özbəkistan vətəndaşı vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

“İlkin məlumata görə, bu faciəvi hadisə İstanbulda baş verən zəlzələ zamanı sonuncu mərtəbədə olan vətəndaşın həddindən artıq qorxu vəziyyətinə düşməsi nəticəsində baş verib”, - məlumatda qeyd olunub.

Həmin şəxsin ürək çatışmazlığı olduğu bildirilir.



Xəbər xətti