"Bir qadın sosial şəbəkədə qızımın ünvanına təhqiramiz söz yazmışdı. Hadisə iki ay öncə baş verib. Qızımın həyat yoldaşı Etibar Əliyev və oğlum həmin şəxsdən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət etdilər".
Sitat.info xəbər verir ki, bunu Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
"Hüquq-mühafizə orqanları həmin şəxsi tapdılar və cəzalandırdılar. Məhkəmə ötən həftə keçdi. Məhkəmənin qərarına əsasən, həmin qadın 10 gün həbs cəzası verildi. Qadının adını bilmirəm".
Qeyd edək ki, Hökumə Qurbanovanı təhqir edən qadın İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Bu haqda ilk xəbəri Modern.az saytı yayıb.